Yuxarı

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Rusiya Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükündən əlavə, gübrələrin tədarükü imkanlarını da nəzərdən keçirir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, geri yükdaşımaların təmin edilməsi imkanları da araşdırılır.

“Möhtəşəm bir hadisə baş verdi, bunu həqiqətən mühüm hesab edirik. Noyabrın əvvəlində Rusiyaya məxsus taxıl daşıyan ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatdı. Yəni, 30 ildən artıq müddətdə ilk dəfə həm Ermənistan, həm də Azərbaycanın müstəqillik tarixinin başlanğıcından bəri ilk dəfə taxıl daşıyan qatar bu marşrutla hərəkət etdi. Daha sonra Qazaxıstan taxılı da daşındı. Bu xəttin digər növ yüklər, məsələn, gübrələrlə yüklənməsi imkanlarını da müzakirə edirik”, - Overçuk “Rossiya 24” telekanalının efirində deyib.

O qeyd edib ki, bu yaxınlarda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar gəlib. Moskva və İrəvan yüklərin əks istiqamətdə daşınması imkanlarını da müzakirə edir.

“Həmçinin Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiyaya əks istiqamətli yükdaşımaların təmin edilməsini müzakirə edirik. Bunlar yaxın vaxtlara qədər ağlasığmaz görünən irəliləyişlərdir”, - Aleksey Overçuk vurğulayıb.

Tarix
2025.12.24 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla