Yuxarı

Peterburq görüşü irəliyə doğru bir addımdır - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peterburq görüşü irəliyə doğru bir addımdır - Deputat

Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəliyə doğru bir addım hesab edirəm.

Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, hər bir görüşün münaqişənin həllinə hətta cüzi də olsa, töhfəsi olur: "Bu görüşlər də Qarabağın işğaldan azad edilməsinə bir töhfədir. Danışıqlar olmasa, münaqişənin həlli mümkün deyil. Münaqişənin həllinin iki variantı var: münaqişə ya hərb, ya da danışıqlar yolu ilə həll edilməlidir. Biz aprel döyüşlərində həm gücümüzü nümayiş etdirdik, həm də göstərdik ki, Azərbaycan xalqının bundan sonra 25 il də gözləmək niyyəti yoxdur. Ona görə də hər zaman destruktiv mövqedə olan Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün danışıqlar masasına cəlb olundu. Bu gün Ermənistanda böyük təşviş var, çünki Azərbaycan Ordusunun gücünü gördülər".

M.İbrahimqızı bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü ilə bağlı mətbuatda detallı məlumat yoxdur: "Ancaq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli yol da odur ki, ilk növbədə, Dağlıq Qarabağ ətrafında olan 5 rayon azad edilməlidir, daha sonra da Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilməlidir. Hesab etmirəm ki, bu görüşdə problem tam həll olundu, amma istənilən halda bu görüşü münaqişənin həll olunması üçün irəliyə doğru bir addım hesab etmək olar".

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüquq səviyyəsində qəbul olunmuş qətnamələr, qərarlar çərçivəsində baxılmalıdır: "Ermənistan işğalçıdır və bütün sənədlərdə də Ermənistan silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması göstərilir".

Tarix
2016.06.21 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla