Yuxarı

AŞPA-da Azərbaycanla bağlı müzakirələr aparıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-da Azərbaycanla bağlı müzakirələr aparıldı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramunt ilə görüşüb.

Görüşdən sonra Səməd Seyidov AzərTac-a bildirib ki, AŞPA sessiyası çərçivəsində qurumun sədri ilə keçirilən görüşlər Avropa Şurası-Azərbaycan münasibətlərinə öz töhfəsini verir və ikitərəfli əlaqələr daha da inkişaf edir. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı müzakirələr aparılıb. AŞPA çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan tərəfi belə görüşlərə çoxdan hazırdır, ancaq hər dəfə Ermənistan nümayəndə heyəti bu görüşlərdən imtina edir. Amma gec-tez Ermənistan nümayəndə heyəti masa arxasında oturmalı olacaq.

"Növbəti sessiyada belə bir görüşün təşkil olunmasına, münaqişə ilə bağlı, eləcə də hər iki ölkənin nümayəndə heyətlərinin AŞPA-dakı fəaliyyətlərinə dair parlament səviyyəsində müzakirələr aparmağa çalışırıq", - deyə S.Seyidov bildirib. O qeyd edib ki, görüş zamanı Azərbaycanda həyata keçirilən son islahatlar, ölkəmizdəki inkişaf prosesləri haqqında da fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri belə görüşləri ölkəmizin nüfuzunun, gördüyü işlərin yüksək dəyərləndirilməsi kimi səciyyələndirib.

Tarix
2016.06.23 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla