Yuxarı

Rusiyada azərbaycanlılara “həyəcan siqnalı” verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada azərbaycanlılara “həyəcan siqnalı” verildi

Yekaterinburq hadisəsi ilə bağlı Rusiyada yaşayan və ya geri qayıdan soydaşlarımdan iki gün içərisində fərqli fikirlər də eşitdim, şərhlər oxudum. Bu fikirlərin ortaq mahiyyəti budur ki, Rusiyada yaşayan və çalışan azərbaycanlılar yerli qanunları pozmurlarsa, problemlə üzləşmirlər. Əlbəttə, azərbaycanlıların tamamının Rusiyada sıxışdırıldığını söyləməkdən uzağam, işində, gücündə olan soydaşlarım arasında heç zaman polis zorakılığı ilə üzləşməyənlərin varlığını istisna etmirəm. Ancaq Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Yekaterinburqda OMON-un evlərə hücum edərək, iki azərbaycanlını qətlə yetirməsi, onlarla soydaşımızı vəhşicəsinə döyməsi olayı haqda qeyd edib.

“Rusiyanın böyük şəhərində onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar. Ötən il Rusiya polisi Sankt-Peterburda azərbaycanlıların toy məclisinə hücum etmiş, qonaqları yerə uzandırmışdı. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdikcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyəti yoxdur. Rusiyadakı diasporumuz güclü olduğu halda azərbaycanlıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür. Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər”, - o bildirib.

Tarix
2025.06.30 / 12:37
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla