Yuxarı

Peskovun Bakıya qarşı absurd yanaşması...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peskovun Bakıya qarşı absurd yanaşması...

Dmitri Peskov deyir ki, Rusiya daxilində hüquq-mühafizə orqanlarının işi, addımları Azərbaycanın diplomatik demarşına, XİN-in açıqlamalar verməsinə səbəb olmamalıdır. Tam mənasız, hətta absurd yanaşmadır, Azərbaycan hüquq-mühafizə orqanları Rus Evini haqlı səbəblərə görə bağlayanda niyə Rusiya XİN-i məsələyə müdaxilə etməyə çalışırdı? Və ya bu gün Azərbaycan polisi, DİN, “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir, Peskovun “məntiqi” ilə Rusiya XİN-i buna münasibət bildirməməlidir, amma edəcəklər, dəfələrlə də ediblər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Rusiyanın ən böyük problemi tutarsızlıq, eyni məsələyə müxtəlif yanaşmasıdır. Məsələn, İsrail və ABŞ-a deyir ki, İranın suveren ərazisinə havadan müdaxilə etmək olmaz, bu, beynəlxalq hüququ pozmaqdır, özü isə həm havadan, həm qurudan Ukraynaya təcavüz edib, bu ölkənin suverenliyini tapdalayıb, torpaqlarını işğal edir. Və ya Rusiyanın Ukraynada yaratdığı separatizmə haqq qazandırmaq üçün “millətlərin öz müqəddaratını təyinetmə” hüququna “əsaslanır”, amma öz ərazisində öz müqəddəratını təyin etmək istəyən Çeçenstana divan tutdu, 100 min çeçen qətlə yetirildi.

Ya da Belarusla İttifaq Dövləti qurur, bunun beynəlxalq hüquqa söykəndiyini, ölkələrin təbii haqqı olduğunu söyləyir, amma Azərbaycanın Türkiyə ilə hərbi-təhlükəsizlik ittifaqı qurmasına qıcıq olur, qəbul etmək istəmir.

Siyahını uzada da bilərəm, Rusiyanın tutarsızlığı elə bu ölkənin özünün gələcəyinə ciddi təhdiddir, çünki bir gün qurduqları “hüquqi tələ”yə elə özləri də düşəcəklər...” - deyə Cəfərli qeyd edib.

Tarix
2025.06.30 / 15:47
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla