Yuxarı

Bu 3 rayonun bir hissəsini azad etdik - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobudcasına pozulur, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar, qətnamələr icra edilmir, kağız üzərində qalır və beynəlxalq hüquq əslində işləmir. Belə olan halda, əlbəttə ki, biz hərbi gücümüzü daha da artırmalıyıq. Bununla bərabər, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün diplomatik və siyasi səylərimizi davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşdə bildirib.

Dövlətimizin başçısı deyib: "Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri, - mən bunu artıq demişəm, - tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaqdır. Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıbdır. Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələ ilə məşğul olanlara ciddi siqnal oldu".

Tarix
2016.06.26 / 00:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla