Yuxarı

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Vyetnamın vitse-prezidenti ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti ilə köçkün qadınlardan danışıb.

Axar.az xəbər verir ki, Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Qənirə Paşayeva ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsini və bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama yüksək səviyyəli səfərini xüsusi qeyd edib. Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib.

Millət vəkili Q.Paşayeva Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Vyetnam nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən materialları təqdim edib.

Tarix
2016.06.26 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla