Yuxarı

Dünya dəyişir: elitalara qarşı dalğa başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhz 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində dünyada baş verən maraqlı siyasi proseslərin əsas hərəkətverici qüvvəsi formalaşan siyasi və iqtisadi "elitalara" qarşı gedən mübarizədir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Natiq Cəfərli yazıb. Onun sözlərinə görə, yaxın 10 ildə ABŞ-da "anti-elita" hərəkatı daha da güclənəcək:

"Son 30 ildə bu ölkənin siyasi səhnəsində Buş və Klinton ailələri önə çıxır, sanki 320 milyon əhalisi olan ölkədə başqa siyasətçilər yoxdur. Əslində, Obamanın seçilməsi cəmiyyətin "anti-elita" mövqeyində olmasının ilk göstəricisi idi. Nəticədə bu gün ABŞ-da pislə çox pis arasında seçim yaşanır ki, bu da cəmiyyətin gözləntilərini doğrultmur. Buna görə də ABŞ-da yaxın 10 ildə "anti-elita" hərəkatı daha da güclənəcək".

Ekspert bildirib ki, qoca Avropada köhnə siyasi elita böhranı yaşanır:

"Bu gün Avropanın bütün ölkələrində ənənəvi siyasi partiyaların çöküşü yaşanır, gənclərdən ibarət hərəkatlar önə çıxır ki, onların da əsas düşüncəsi onillərdir dəyişməyən "elitalara" qarşı üsyandır. Yunanıstanda "Qızıl Şəfəq", Almaniyada "Pegida", Fransada "Front National", İtaliyada "5 ulduz hərəkatı" (Movimento 5 Stelle), İspaniyada "Podemos", Avstriyada Nobert Xofferin yaratdığı yeni dalğa, Britaniyada keçirilən son referendum məhz bu hərakatın nəticəsidir".

N.Cəfərli "Ərəb baharı" adlanan fenomenin kökündə də məhz cəmiyyətin, xalqın siyasi "elitadan" doyması amilinin dayandığı qənaətindədir:

"Son illər Ərəb ölkələrində təhsilin aşağı səviyyədə olmasının prosesləri kortəbii və xaotik hala gətirməsi növbəti partlayışlara zəmin hazırlayır".

Tarix
2016.06.27 / 15:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla