Yuxarı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarında dəyişikliklər texniki və təhlükəsizlik səbəbləri ilə həyata keçirilir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Mülki Aviasiya Komitəsi AZAL-a məxsus bəzi təyyarələrin Ermənistan üzərindən keçən uçuş marşrutlarında dəyişikliklərin səbəbini izah edərkən bildirib.

Qeyd olunub ki, adətən Bakıdan Naxçıvana və əks istiqamətdə olan mülki reyslər Dərələyəz və Göyçə vilayətləri üzərindən həyata keçirilsə də, son vaxtlar bəzi uçuşlar Zəngəzur vilayəti üzərindən keçməyə başlayıb.

Komitənin məlumatına görə, marşrut dəyişiklikləri əlverişsiz hava şəraiti, ekipaj müraciətləri, hava məkanında müvəqqəti məhdudiyyətlər və uçuş təhlükəsizliyini təmin etmək məqsədilə görülən tədbirlərlə əlaqədardır:

“Azərbaycanın mülki təyyarələri də bu qaydalardan kənarda deyil. Onların marşrut dəyişikliyinə məhz bu kimi texniki və təhlükəsizlik amilləri səbəb ola bilər”.

Ermənistan hava məkanında belə dəyişikliklər hava hərəkəti xidmətləri və ölkənin hava hücumundan müdafiə strukturları ilə razılaşdırılmış şəkildə həyata keçirilir.

Komitə həmçinin qeyd edib ki, İran hava məkanında dövri olaraq tətbiq olunan məhdudiyyətlər də tranzit uçuş marşrutlarının dəyişməsinə səbəb olub ki, bu da Ermənistan üzərindən uçuşların artmasına yol açıb.

Bütün qərarların yalnız texniki, peşəkar və təhlükəsizlik baxımından qəbul edildiyi vurğulanıb.

Tarix
2025.07.12 / 18:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

ABB bu sahədə Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!

Baş nazirdən hərbi ekspertiza ilə bağlı mühüm qərar

Yekaterinburqda saxlanılan azərbaycanlı həbs edildi

Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?

Ceyhun Bayramov Avstriyaya getdi

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla