Yuxarı

İlham Əliyev sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Tarix
2016.06.29 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla