Türkiyə KİV-lərində Azərbaycanla bağlı dərc edilən
faktlar oxucuların böyük marağına səbəb olub.
Ölkə.Az həmin
məqaləni olduğu kimi diqqətinizə çatdırır.
Azərbaycanı çoxumuz sevirik. İstiqanlı, səmimi və qardaş xalqdır
azərbaycanlılar. Bəs onlar haqqında nə qədər dərin məlumata
sahibik? Azərbaycanla bağlı çoxumuzun bilmədiyi 15 maraqlı faktı
diqqətinizə çatdırırıq.
1. Azərbaycanda 1,7-1,8 milyon il öncə ilk insanlar məskunlaşıb.
1968-ci ildə akademik Məmmədəli Hüseynov Füzuli rayonunda yerləşən
Azıx mağarasında ən qədim insanın alt çənə sümüyünü tapıb.
2. Azərbaycan müstəqilliyini 1918-ci may ayının 28-də elan edib.
Lakin bu dövlətin ömrü 23 ay davam edib. 1920-ci ilin aprel ayında
Rusiya qoşunları Azərbaycanı yenidən işğal edib. 1991-ci il 18
oktyabrda Azərbaycan yenidən öz müstəqilliyini elan edib.
3. II-XIII əsrlərdə Dərbənddən Fars körfəzinə qədər, Çindən və
Hindistandan Avropaya gedən böyük ticarət yolları Azərbaycanın
Təbriz şəhərindən keçirdi.
4. Şərqdə ilk operetta Azərbaycanda yaradılıb. 1909-cu ildə
Üzeyir Hacıbəyov "Ər və arvad" operettasını yazmaqla Şərqdə ilk
operettanın əsasını qoymuş oldu.
5. Şəqrdə ilk qız məktəbi 1901-ci il 17 oktyabrda milyonçu Hacı
Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda açılıb.
6. Üzeyir Hacıbəyovun "Leyli Və Məcnun" operası (1908) Şərq
dünyasında ilk operadır.
7. Əfrasiyab Bədəlbəyli "Qız qalası" adlı ilk balet əsərini
yazdı və beləliklə, Şəqdə ilk balet məktəbinin əsası da
Azərbaycanda qoyulmuş oldu.
8. Şərq ölkələrində ilk metro 1967-ci ildə Bakıda açılıb.
9. Şimali Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot
azərbaycanlı olub - Leyla Məmmədbəyova (1909-1989)
10. Qız qalası - Bakının rəmzi sayılan bu qədim qala əvvəllər
dənizin içərisində yerləşib. Sonralar dəniz çəkildikcə qala sahildə
qalıb. Hazırda Bakının ən gəzməli və səfalı məkanlarından biri
hesab olunur.
11. İlk dəfə 1918-ci ildə Şərqdə məhz Azərbaycan Demokratik
Respublikasında qadına seçki hüququ verilib.
12. 1848-ci ildə Bakıda neftin sənaye üsulu ilə istehsalına
başlanılıb. 1872-ci ildə dünyada ilk dəfə Bakıda neft quyusu
qazılıb.
13. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən Qafqazda
ilk dəfə olaraq Toxuculuq fabriki açılıb.
14. Azərbaycanın Tovuz və Göygöl şəhərlərinin təməlini almanlar
qoyubar. Bu şəhərlər əvvəllər Traubenfeld və Yelenendortf
adlanırdı.
15. 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasını
ilk tanıyan dövlət Osmanlı imperiyası olub.