Yuxarı

AB-dən Azərbaycan şirkətinə qarşı sanksiya - Yeni detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-dən Azərbaycan şirkətinə qarşı sanksiya - Yeni detallar

09:58

Avropa Birliyi (AB) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat AB-nin rəsmi jurnalında məlumat yayılıb.

Sanksiyaya məruz qalan xarici şirkətlər arasında Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", Azərbaycanın "Aqua Fleet Management", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri də yer alıb.

***

Avropa Birliyinin sanksiyalar siyahısına daxil edilən Azərbaycan şirkəti – "Aqua Fleet Management" haqqında yeni detallar məlum olub.

Bu barədə Haqqın.az saytı yazıb.

Qeyd olunub ki, şirkət 2024-cü ilin avqust ayında 100 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Onun sahibi kimi Kaxaber İremadze adlı şəxs göstərilir.

"Aqua Fleet Management" Sumqayıt şəhəri, Sülh küçəsi 5, mənzil 25 ünvanında yerləşir.

Şirkət əsasən neft daşımaları ilə məşğuldur. Məlumata görə, şirkətə məxsus “Saurri” və “Ederra” adlı iki neft tankeri, həmçinin “Temirro” adlı quru yük gəmisi var.

Açıq mənbələrdə qeyd olunur ki, bu gəmilər beynəlxalq sularda Kamerun bayrağı altında üzür.

Tarix
2025.07.19 / 14:35
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla