Yuxarı

AZAL təyyarəsini vuran şəxsin - Fotosu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL təyyarəsini vuran şəxsin - Fotosu

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25 dekabrında Qroznı səmasında vurulması ilə bağlı sensasion məlumat yayılıb.

Axar.az xəbər verir ki, “Minval Politika” resursu Rusiyanın 14-cü Hava və Hava Hücumundan Müdafiə Ordusunun 80-ci zenit-raket alayında xidmət edən hərbi qulluqçunun şəklini əldə edib və onun adını ifşa edib.

Məlumata görə, təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. O, “Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısıdır. Paladiçuk 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edir (hərbi hissə №75564).

Məlumata əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.

Hadisədən artıq 7 aydan çox vaxt keçsə də, bu günədək nə Rusiya tərəfi məsuliyyəti boynuna alıb, nə də təyyarənin vurulmasında birbaşa iştirak etmiş hər hansı hərbçi cəzalandırılıb. Bu isə Azərbaycanın ictimai rəyində ciddi hiddət doğurur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 19 iyulda verdiyi açıqlamada bu hadisə ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddiaların hazırlanmaqda olduğunu bəyan etmişdi.

Rusiyanın bu ağır cinayəti ört-basdır etməyə çalışdığı bir vaxtda Paladiçukun şəxsiyyətinin ifşa olunması məsələnin yenidən beynəlxalq gündəmə daşınmasına və hüquqi təzyiqlərin artmasına səbəb ola bilər.

Tarix
2025.07.21 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla