Yuxarı

Qarabağ münaqişəsi regiona təhdiddir - Qurbanlı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ münaqişəsi regiona təhdiddir - Qurbanlı

İslam dünyası XXI birinci onilliyində ən çətin dövrlərini yaşadı. Bundan əvvəl də İslam dünyasında müxtəlif problemlər yaranıb, lakin bütün bu sınaqlardan şərəflə çıxıb.

APA-nın xəbərinə görə, bu barədə Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı İran səfirliyi tərəfindən təşkil edilən iftar süfrəsində çıxışı zamanı deyib.

M. Qurbanlı bildirib ki, müqəddəs Ramazan İslam dünyasını birləşdirən ən gözəl bayramlardan biridir: "Hazırda dünyada İkinci dünya müharibəsindən sonra 80-ə yaxın münaqişə ocağı qeydə alınıb. 21-ci əsrin 15 ili ərzində bu cür münaqişələrdə 25 milyon insan həlak olub. Təəssüf ki, bu münaqişə ocaqları əsasən İslam dünyasında baş verir. Bunlardan biri də Fələstin münaqişəsidir. Bu münaqişə İkinci dünya müharibəsindən indiyədək davam etməkdədir. Sovetlərin dağılmasından sonra davam edən digər münaqişə Dağlıq Qarabağ münaqişəsidir. Bu cür münaqişələr regional əmin-amanlığa təhdid törədir. Bu cür münaqişələrdə terror, ekstremizm vasitə kimi istifadə edilir".

M. Qurbanlının sözlərinə görə, bu münaqişələr beynəlxalq hüquq, təşkilatların qəbul etdiyi qətnamələrdən əsasında həll edilməlidir. "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə zamanında riayət edilsəydi, bəlkə də planetimizdə münaqişələrə yer qalmazdı. Fələstin, Dağlıq Qarabağ, Kəşmir bağlı qətnamələr var. Lakin bu qətnamələr yerinə yetirilmir. Yerinə yetirilməyən qətnamələr yeni münaqişə ocaqları yaradır. Bizə xoşdur ki, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə bu münaqişələrlə bağlı ədalətli prinsiplər öz əksini tapıb ".

Sonda M. Qurbanlı qeyd edib ki, İslam adı altında bəzi insanlar həyata keçirdikləri terrordan geri çəkilməli, başqalarının əlində alətə çevrilməməlidirlər.

Tarix
2016.07.01 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla