Yuxarı

Ağır qəza: "Mersedes" hissələrə bölündü, 2 nəfər öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağır qəza: "Mersedes" hissələrə bölündü, 2 nəfər öldü

Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil “Ford” markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Babək rayon Qahab kənd sakini Möhlət Baxtıcamal oğlu Zamanov və Babək rayon Naxışnərgiz kənd sakini 27 yaşlı Mənsur Mərdan oğlu Zamanov hadisə yerində dünyasını dəyişib.

Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini 30 yaşlı Şöhrət Aydın oğlu Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvanda bir xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və FHN-nin Xüsusi xilasetmə qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında “Mersedes” markalı avtomobil hissələrə bölünüb.

Tarix
2025.08.15 / 01:26
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla