Yuxarı

Lerikdə mikroavtobus dərəyə aşdı: yaralılar var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikdə mikroavtobus dərəyə aşdı: yaralılar var

12:17

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında qeydə alınıb.

Axar.az xəbər verir ki, Lerik istiqamətində hərəkətdə olan “Mersedes Vito” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralanan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

***

Lerikdə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın məlumatına görə, qəza zamanı 1985-ci il təvəllüdlü Hakim Mirziyə, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Balazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Salman və 1990-cı il təvəllüdlü Pərviz Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanların hamısı Lerik rayon sakinləridir.

***

Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Tarix
2025.12.31 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla