Yuxarı

Bakıda restorana od vurub, qapıları kilidlədi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda restorana od vurub, qapıları kilidlədi - Video

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən “Şeyx Lounge” restoranı yandırılıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək, yanğın tərədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir.

Müştərilərin həyatını isə iaşə obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində 1 nəfərin ayaq nahiyəsindən yanıq xəsarəti aldığı və xəstəxanaya yerləşdirildiyi məlumdur. Hazırda başqa xəsarət alanlarla bağlı məlumat yoxdur.

Nazir Qədirli və Cahangir Qədirovun idarətetməsində olan iaşə obyektinə ümumilikdə 120 min manat məbləğində ziyan dəyib. Əlavə olaraq, müştərilərə 20 mindən çox maddi ziyan dəydiyi qeyd olunur.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı saytın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Tarix
2026.02.09 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla