Yuxarı

Evində narkotik saxlayan şəxs tutuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl sakininin evindən külli miqdarda narkotik aşkarlanıb.

ARB Kəpəz-in verdiyi məlumata görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Balçılı kənd sakini 61 yaşlı İlqar Əliyev saxlanılıb.

O, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli bilinərək tutulub. Sonradan Əliyevin Balçılı kəndindəki yaşadığı evə baxış keçirən polis əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıblar.

Həmid Həsənov Göygöl Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi: "Onun üzərinə hal şahidləri və vəkilin iştirakı ilə baxış keçirilib. Üzərindən 45 qram narkotik bitki mənşəli vasitə aşkar olunaraq götürülüb. Şübhəli şəxs qismində dindirilən zaman yaşadığı Göygöl rayonu Balçılı kəndində evinin damında narkotik vasitə olduğunu bildirmişdi. Evə baxış keçirilən zaman 5 ədəd torbada narkotik vasitə olan marixuana və xaş-xaş tərəfimizdən aşkarlanaraq götürülüb".

Saxlanılan şəxsin dediyinə görə, o, marağının bəlasına düşüb.

İlqar Əliyev saxlanılan şəxs: "Çaylaqdan yığmışdım. Gətirdim toxumunu məhlədə əkdim. İstifadə etmirəm, satmıram. Maraq xatirinə əkdim ki, görüm nə çıxır, bu nədir".

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi araşdırmalar aparır.

Tarix
2016.11.27 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla