Yuxarı

Ağsu aşırımı gecələr buz bağlayır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarında son günlər yağan qardan sonra əmələ gələn buz səbəbindən nəqliyyatın hərəkətində yaranan çətinliklər qismən aradan qaldırılıb.

APA-nın xəbərinə görə magistral yolun 144-158 kilometrlik hissəsi olan Ağsu aşırımının bəzi ərazilərində hələ də qarın qalması müşahidə olunur. Bu da gecələr nəqliyyatın hərəkətinə müəyyən çətinliklər törədir.

16 nömrəli Ağsu Yol İstismarı İdarəsinin baş mühəndisi Eyyub Məcidov bildirib ki, hər gün Ağsu dolaylarına idarənin 20 nəfər işçisi və müvafiq texnikası göndərilir. Dolayların Ağsu ərazisi qar və buzdan demək olar ki, tamamilə təmizlənib, qum və duz səpilib. Lakin, baş mühəndisin sözlərinə görə dolayların Şamaxı ərazisinə aid olan hissəsində, gün işığı düşməyən yerlərdə yolun buz bağlaması halları baş verir. Belə ki, dağlarda olan qarın suyu gündüzlər əriyib yola axır və gecələr güclü şaxta nəticəsində yoldakı su buz bağlayır və nəticədə avtomobillərin sürüşməsi təhlükəsi yaranır. Mütəxəssis Ağsu aşırımından istifadə edən sürücülərə ehtiyatlı olmağı, avtomobillərin sazlığına və qış rejiminə uyğun təkərlərlə təminatına ciddi diqqət yetirməyi tövsiyə edirlər.

Həmçinin, qeyd edək ki, son günlər yağan intensiv yağışlar və qar səbəbindən bu ilin yay aylarında yeni asfalt döşənən Ağsu aşırımında problemlər yaradıb. Bakı-Şamaxı-Yevlax magistral yolunun 149-cu kilometrliyində, yolun asfalt qatında böyük çat əmələ gətirib. Hazırda həmin çatın getdikcə genişləndiyi və ərazidə torpaq sürüşməsinin baş verdiyi bildirilir. Yolda yük avtomobillərinin hərəkətinə icazə verilmir. Məlumdur ki, 14 kilometr Ağsu dolayların 14 yerində torpaq sürüşməsi zonası var. Hazırda bu ərazidə sürüşmənin aktivləşməsi müşahidə olunur.

Tarix
2016.12.10 / 01:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla