Yuxarı

Lənkəranda poçt şöbəsinə oğru girdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Lənkəran rayonunun Digah kəndində oğurluq hadisəsi baş verib.

Report-un məlumatına görə, iki nəfər olduğu ehtimal edilən naməlum şəxslər əvvəlcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-yə məxsus Lənkəran Regional Poçt Filialının Digah-Şilavar poçt şöbəsinin binasına daxil olublar.

Poçt müdiri Babulla Nuriyevin sözlərinə görə, seyfdə pul olduğunu zənn edən naməlum şəxslər istədiklərini əldə edə bilməyiblər.

"Onlar nə qədər çalışsalar da, seyfi aça bilməyiblər. Yalnız pul əldə etmək niyyətində olduqları üçün heç bir inventara toxunmayıblar", - deyə o əlavə edib.

Naməlum şəxslər eyni vaxtda poçt binası yaxınlığındakı Əfqan Kərimova məxsus ərzaq mağazasına da giriblər. Onlar kassada pul tapa bilmədiklərindən mobil telefon, danışıq kartları və siqaret oğurlayıblar.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.

Tarix
2017.01.08 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla