Yuxarı

Bakıda yeni avtoşlar peyda olub - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə paytaxt yollarında avtoxuliqanlıq edən bir neçə sürücünün görüntüləri yayılıb. Onlar polisdən və texniki vasitələrdən gizlənmək üçün nömrələrini də bağlayıblar. Polis isə görüntülər əsasında onların müəyyən ediləcəyini bəyan edir. Həmin şəxsləri hansı cəza gözləyir?

Xəzər xəbər məlumat verir ki, "Niva" markalı 2-3 avtomobil paytaxt küçələri ilə sürətlə hərəkət edir.

Avtomobillərin arasından təhlükəli manevrlər edən sürücülər həm öz, həm də digərlərinin həyatını təhlükəyə atırlar.

Hətta qəza baş verir və avtomobil piyada keçidinin üstünə qalxır.

Sosial şəbəkələrdə yayılan bu görüntülərin bir hissəsi paytaxt yollarında çəkilib.

Tanınmamaq üçün nömrələri gizlədilən avtomobillərin nə zaman çəkildiyi dəqiq göstərilməsə də, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov araşdırma aparılacağını deyir.

Bu sürücülər aşkarlanarsa, avtoxuliqanlıq etdikləri üçün məhkəmə yolu ilə 1 il sürücülük hüququndan məhrum edilə, 500-750 manat cərimə, yaxud da 1 aya qədər həbs edilə bilərlər. Avtomobilin arxa stoplarına yanıb- sönən işıqlar quraşdırdıqları üçün cərimələrinə 150 manat da əlavə olunacaq.

Lakin cərimələri bununla da yekunlaşmır. Avtomobili nömrəsi gizlədilmiş idarə etdikləri üçün sürücülərə 60 manatlıq cərimə və 4 bal tətbiq ediləcək.

Vaqif Əsədov bilidirir ki, belələri adətən vaxtı bitmiş nömrələrlə avtomobili idarə edirlər, amma bu da cərimədir.

Əgər avtomobilin üzərində olan tranzit nömrənin vaxtı bitibsə, bu zaman sürücü 50 manat miqdarında cərimə olunur.

Tarix
2017.02.12 / 00:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla