Yuxarı

Arvadını xəstəxanalıq edən şəxs saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ər arvadını döyərək xəstəxanalıq edib.

Report-un verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Xanım Həsən qızı Hüseynova ilə mübahisə edən həyat yoldaşı onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. O, bununla kifayətlənməyərək arvadını boğaraq öldürmək istəyib. Ancaq qonşuların müdaxiləsindən sonra qadını kişinin əlindən almaq mümkün olub və X.Hüseynova xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

H.Hüseynov qızı ilə həyat yoldaşı arasında mübahisənin tez-tez baş verdiyini bildirib: "Qızım dəfələrlə əri tərəfindən döyülüb, işgəncə görüb. Budəfəki mübahisə isə kürəkənimin evi satmaq istəməsi üstündə düşüb. O, hətta ev əşyalarının da bir qismini satıb".

Qadının həyat yoldaşı polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Tarix
2017.04.27 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla