Yuxarı

MTRŞ-dan ATV-yə "tupoy"la bağlı çağırış - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, reklam mətnlərində ədəbi dil normalarının pozulması məsələsi oktyabrın 6-da "Ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda da xüsusi vurğulanıb:

"Lakin xeyli müddət keçməsinə baxmayaraq, təəssüf ki, bu istiqamətdə problemlər qalmaqdadır.

Məsələn, ATV telekanalının efirində yayımlanan "ATV+”un reklam çarxını qeyd etmək olar. Bu reklam çarxında efir mədəniyyətinə və ədəbi dil normalarına zidd, bayağı və küçə danışıq tərzindən, təhqiramiz ifadələrdən istifadə olunması diqqəti çəkir. Həmin reklam mətnində belə bir cümlə işlədilir: "Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?”. Göründüyü kimi, bu, olduqca xoşagəlməz mənzərədir. 6 oktyabrdan xeyli vaxt ötüb və kanalları bu məsələdə daha məsuliyyətli olmağa çağırırıq. Məlumdur ki, ölkənin efir məkanında ədəbi dilin qorunması və tətbiqi işi yüksək səviyyədə diqqət mərkəzindədir”.

Tarix
2017.10.27 / 16:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla