Yuxarı

Azərbaycanın ərazi iddiaları... – İranda şok konfrans

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Azərbaycanın Culfa şəhərində “Gülüstan və Türkmənçay müqavilələrinin nəticələri” mövusunda konfrans keçirilib.

Kult.az xəbər verir ki, iranlı tarixçilərdən, araşdırmaçılardan ibarət konfrans iştirakçıları Azərbaycan Respublikasının tarix kitablarında İran Azərbaycanının tarixinin təhrif edilməsi ilə bağlı iddialar səsləndiriblər. Onlar tarixdə Azərbaycan adlı dövlətin olmadığını, Azərbaycanın İranın daxilində olduğunu və yalnız Gülüstan-Türkmənçay müqavilələrinin nəticəsi kimi Azərbaycan dövlətinin ortaya çıxdığını iddia ediblər.

Konfrans iştirakçıları Azərbaycan tarixi ilə bağlı aparılan araşdırmaların İran tarixini təhrif etdiyini vurğulayıblar.

Onlar sözügedən məsələ ilə bağlı İran Təhsil naziri Seyid Məhəmməd Əbtəhiyə məktub ünvanlayıblar. Məktubda problemin həlli üçün nazirliyin Azərbaycan Təhsil Nazirliyi ilə müzakirələr aparması, Azərbaycan tarixinin yenidən yazılması üçün müraciət edilməsi tövsiyə edilib. Həmçinin Azərbaycan dərsliklərinin İran tarixini əks etdirmədiyi qeyd olunub və hazırda Azərbaycanda yazılan tarix kitablarının İrana qarşı, bir növ, ərazi iddiaları kimi (Güney Azərbaycan əraziləri nəzərdə tutulur – red.) qəbul edildiyi vurğulanıb.

Məktubu forumun katibləri Dr. Müctəba Soltani Əhmədi və Rəhim Nikbəxt imzalayıb.

Qeyd edək ki, Səfəvilər imperiyasının ərazisi 2,8 milyon kv.km olub. İmperiyanın dağılmasından sonra 480 min kv.km-ə malik tarixi Azərbaycan ərazisində Dərbənd, Şəki, Şamaxı, Bakı, Qarabağ, Gəncə, İrəvan, Naxçıvan, Quba, Lənkəran, Təbriz, Urmiya, Ərdəbil, Qaradağ, Xoy, Salmas, Sərab, Maku, Marağa və s. xanlıqlar yaranıb. Gülüstan və Türkmənçay müqavilələri nəticəsində xanlıqlara bölünən və zəifləyən Azərbaycanın tarixi əraziləri İran və Rusiya arasında bölüşdürülüb.

Çar Rusiyasının çökməsi ilə Şimali Azərbaycanda 114 min kv.km əraziyə malik Azərbaycan Xalq Cümhuriyyəti qurulub. AXC-nin varisi olan Azərbaycanın hazırda 86,6 min kv.km ərazisi var ki, onun da 20 faizi işğal altındadır.

Tarix
2017.12.26 / 14:14
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla