Yuxarı

Sevil Gültəndən Prezidentə müraciət: Məni xilas edin!

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış tərcüməçi, şair Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, I vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət edib.

Kult.az xəbər verir ki, o, müraciətində daimi iş yerinin olmadığını və kirayədə yaşadığını bildirib.

Tərcüməçi qeyd edib ki, 20 ilə yaxındır tərcümə sahəsində fəaliyyət göstərir və həm ingilis dilindən Azərbaycan dilinə, həm də Azərbaycan dilindən ingilis dilinə tərcümələr edir:

“Bu vaxta qədər Azərbaycan dilindən ingilis dilinə ən azı 50 kitabı çevirmişəm. Bundan başqa, tərcümə etdiyim hekayələr portallarda, qəzet və dərgilərdə çap olunub”.

S.Gültən müraciətində maddi çətinliyinə diqqət çəkib:

“2003-cü ildə həyat yoldaşımı itirdim, iki qızımı təkbaşına böyütdüm. Kiçik qızımın 25 yaşı var. Gözündə anadangəlmə qüsur var, 3-cü qrup əlildir. Yəqin ki, kirayədə yaşayanlar, övladlarını təkbaşına böyüdən analar məni yaxşı başa düşər”.

Tərcüməçi qeyd edib ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində və ya AYB-dəki Bədii Tərcümə Mərkəzində işləmək istəsə də, bu istəyi baş tutmayıb.

S.Gültən Prezident İlham Əliyevin təşəbbüsü ilə şairlərə, yazıçılara ömürlük təqaüdlərin verildiyini, jurnalistlərə ev bağışlandığını xatırladıb:

“Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Prezidentin yazıçı-şairlərə, jurnalistlərə qayğısı göz qabağındadır. Çox istərdim ki, bu məsələdə tərcüməçilər də unudulmasın. AYB-nin təqdim etdiyi 4 nəfərə dövlət başçısı bu yaxınlarda ev bağışladı. Ümid edirəm ki, ədəbiyyat, tərcümə sahəsindəki xidmətlərimə görə mən də evlə, işlə təmin olunacağam.

İnanıram və ümid edirəm ki, Cənab Prezident çəkdiyim əziyyəti, kirayədə yaşamağımı, uzun illər təkbaşına iki qız övladı böyütməyimi nəzərə alıb, məni kirayə yaşamağın çətinliyindən xilas edəcək”.

Qeyd edək ki, Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunda anadan olub. O, “Küsüb getmək istəyirəm dünyadan”, “Ürəyimin göz yaşları” adlı şeir, “Uşaqlıq illərimin şəkiləri” adlı esselər kitabının müəllifidir.

Tarix
2018.05.16 / 15:21
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla