Yuxarı

Azərbaycana səfərə gələn alim qəfil öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana səfərə gələn alim qəfil öldü

Azərbaycana qısa müddətli səfərə gələn İstanbul Universitetinin professoru Məhəmməd Tağıyev 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib.

Virtualaz.org-un məlumatına görə, məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi. Onun hazırlaşdırdığı və Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Türkiyə məktəblilərinin qalib gəlməsi məşhur riyaziyyatçı müəllimə yaşadığı qardaş ölkədə çox böyük nüfuz qazandırmışdı.

Son illərdə Türkiyə Milli Təhsil Nazirliyinin “Elmi Olimpiada” Akademiyasının qurucusu və baş konsulu kimi fəaliyyət göstərirdi. Onun hazırladığı türkiyəli tələbələr hazırda ABŞ, Braziliya, Meksika, Almaniya və Türkiyənin ən məşhur universitetlərində elmi fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanlı alimin əməyi Türkiyə dövləti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib...

Riyazlyyatçı alimin 3 oğlu da onun yolunu davam etdirir.

Tarix
2019.11.10 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla