Yuxarı

"Bazarstor"a basqın: hücüm edən şəxs tutuldu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bazarstor"a basqın: hücüm edən şəxs tutuldu - Foto

Bakıda 42 yaşlı kişi "Bazarstore" mağazasına bıçaqla basqın edib.

Report-un məlumatına görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar paytaxtda ərazi polis orqanlarının PPX bölüklərinin fəaliyyəti gücləndirilib. Gün ərzində növbəli xidmət aparan naryadların çağırışılar üzrə hadisə yerinə yaxınlaşması asanlaşdırılıb. Ən müasir rabitə cihazları ilə təmin edilən naryad qruplarına peşəkar, hazırlıqlı əməkdaşlar cəlb olunub. Ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatının dayanıqlı olması üçün PPX-ların işinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Tarix
2020.01.26 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla