Yuxarı

Eyni yolda ardıcıl 3 qəza - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eyni yolda ardıcıl 3 qəza - Foto

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Axar.az xəbər verir ki, bu gün saat 17:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində "Mersedes" və "Lada" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Mersedes" yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı sərnişin, Qarayazı kənd sakini, 1961-ci il təvəllüdlü Kainat Əzim qızı Mustafayeva xəsarətlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni vaxtda həmin küçədə "Mersedes" və VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Bir neçə dəqiqə sonra həmin yerdə VAZ-2109 markalı minik avtomobili yolu keçən piyada, Göyçay şəhər sakini, 1987-ci il təvəllüdlü Əlimərdanova Günay Rəcəb qızını vurub. Yaralı Göyçay Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər üç faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2020.07.02 / 19:32
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla