Yuxarı

Gənclər Ağdama getdi: Döyüşə girmək istəyirik! – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər Ağdama getdi: Döyüşə girmək istəyirik! – Foto

Bu gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmasından sonra xeyli sayda gənc azərbaycanlı döyüşlərə qatılmaq üçün Tovuzun sərhəd kəndinə gedib.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və fotolar paylaşılıb.

Bildirilib ki, gənclər Tovuzun düşmənlə sərhəddə yerləşən Ağdam kəndinə gələrək, ordumuza qoşulmaq istədiklərini bildiriblər.

“Gənclər döyüşə girmək üçün komissarlığın qapısını sökür”, - deyə qeyd edilib.

Gənclərin döyüş ruhu sosial şəbəkələrdə böyük reaksiya doğurub.

Qeyd edək ki, düşmənin günorta saatlarında artilleriya atəşi ilə hücumunun qarşısı Ordumuz tərəfindən alınıb. Qeyri-rəsmi məlumata görə, ermənilər 30-dan artıq itki verərək, geri çəkiliblər.

Tarix
2020.07.12 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla