Yuxarı

Rusiyada qəza törətmiş azərbaycanlı reper həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada qəza törətmiş azərbaycanlı reper həbs edildi

Moskvanın Taqansk Rayon Məhkəməsi paytaxtın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyev barəsində həbs qərarı çıxarıb.

Axar.az Report-a istinadən xəbər verir ki, onun barəsində iki ay – noyabrın 21-ə kimi həbs qətimkan tədbiri seçilib.

E.Quliyev məhkəmədə təqsirini etiraf edib. O bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə vəsatəti rədd edib.

Qeyd edək ki, hadisə sentyabrın 21-də, yerli vaxtla saat 16:20-də (Bakı vaxtı ilə saat 17:20-də) Moskvada, Ostojenko və Pomerançev küçələrinin kəsişməsində baş verib. “Mersedes” markalı avtomobil yüksək sürətlə hərəkət edən “İnfiniti” ilə toqquşub. Toqquşmanın zərbəsindən səkiyə çıxan “İnfiniti” piyadaları vurub.

Qəza zamanı dörd nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya göndərilib, bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edb.

İlkin məlumatda bildirilirdi ki, hadisənin baş verməsində “İnfiniti”nin sürücüsü E.Quliyev təqsirkardır. O, sürət həddini aşaraq, yolu işıqforun qırmızı işığında keçib.

Azərbaycan əsilli reper yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilinir. Lakin E.Quliyevin qanında narkotik aşkarlandığından ona qarşı əlavə ittiham irəli sürülüb.

Tarix
2020.09.24 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla