Yuxarı

Şamaxıda örüş sahəsi yandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda örüş sahəsi yandı

Bu gün axşamüstü Şamaxıda yanğın hadisəsi baş verib.

Rayon fövqəladə hallar komissiyasından Axar.az-a bildirilib ki, hadisə saat 19:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə olub. Yanğın tezliklə 3 hektara yaxın örüş sahəsini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb edilib. Yanğınla mübarizəyə 15 nəfərədək kənd sakini də cəlb olunub. Alovla mübarizə davam edir. Ərazi dağlıq və kol-kosluq olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.

Hazırda yanğınla mübarizəyə Şamaxı yanğından mühafizə hissəsindən 30 nəfər şəxsi heyət və 4 yanğınsöndürən avtomaşını, habelə Ağsu rayonundan köməyə gələn 1 yanğınsöndürən avtomobil və 7 nəfər şəxsi heyət cəlb olunub.

Tarix
2022.08.16 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla