
Belarus Rusiyanın "Su-30"larını alır
22:44
Ana səhifə Hadisə |
![]() ![]() ![]() ![]() |
Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Ruslan Pirverdiyev dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəkər xəstəliyindən əziyyət çəkən müğənninin vəziyyətinin dünən qəfildən ağırlaşdığı və vəfat etdiyi bildirilir.
Qeyd edək ki, R.Pirverdiyev 1974-cü ildə Xaçmaz rayonunda anadan olub. Bir müddət Azərbaycanda fəaliyyət göstərdikdən sonra Dərbənd şəhərinə köçüb, karyerasını teatrda aktyor və müğənni olaraq davam etdirib. Göstərdiyi fəaliyyətə görə o, Dağıstanın əməkdar artisti adına layiq görülüb.
Tarix
2023.05.24 / 23:23
|
Müəllif
Axar.az
|