Yuxarı

Narkotik çəkib avtomobil sürən şəxs saxlanıldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik çəkib avtomobil sürən şəxs saxlanıldı - Video

2023.05.27 - 22:27

Suraxanı Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kiloqram 26 qram heroin aşkarlanıb.

Şübhəli şəxslər saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Tarix
2023.05.28 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla