Yuxarı

Vəkil özünü yandırdı: Anar Bağırovdan reaksiya

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəkil özünü yandırdı: Anar Bağırovdan reaksiya

Bakıda intihar hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Özünü yandıran Zaur İsa oğlu Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov Prokurorluğunda araşdırma aparılır.

Zaur Məmmədovun özünü yandırmasına Vəkillər Kollegiyasının sədri Anar Bağırov münasibət bildirib:

“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.

Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.

Sədr Zaur Məmmədovun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.

Tarix
2024.01.01 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla