Yuxarı

Bakıda məsciddən oğurladığı pulları gecə klubunda xərclədi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən Kərbəlayi Abdullah məscidində oğurluq hadisəsi olub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Ziya Tacəddin oğlu (ad şərti) həbs edilib.

O, oğurluq hadisəsini törətməzdən əvvəl maddi imkanının yaxşı olmadığını bildirərək məscidin imamı (axundu) Hacı Malikdən pul istəyib. Həmin vaxt Hacı Malik seyfdən pul götürərək ona 10 manat verib. Buna görə də təqsirləndirilən şəxs seyfdə pul olduğunu bilib və oradan oğurluq etmək qərarına gəlib.

Elə bu məqsədlə Ziya 2023-cü ilin 11 sentyabr tarixində, gecə saat 00:05 radələrində məscidə oğurluğa gedib. Məsciddə heç kimin olmamasına əmin olduqdan sonra axund otağının kilidini sındıraraq içəri daxil olub. Bundan sonra axundun otağında qoyulmuş dəmir seyfin kilidini bıçaq vasitəsilə açıb və Hacı Malikə məxsus olan 17 800 Azərbaycan manatı, 525 ABŞ dolları və 700 avro - cəmi 20 000 manat pulu oğurlayıb.

Ziya oğurladığı pulların bir hissəsini gecə klubunda əyləncəyə və qızlara xərcləyib. O, bir neçə gün sonra həbs edilib. Dəyən ziyanın çox hissəsini isə qaytarmayıb.

Məhkəmənin hökmü ilə Ziya Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il altı ay azadlıqdan məhrum edilib.

Tarix
2024.04.05 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla