Yuxarı

Naxçıvanda əməliyyat: Rafiq Quliyev saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan polisi tərəfindən keçirilən “Xaş-xaş 2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Rafiq Quliyev saxlanılıb.

Naxçıvan şəhəri ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Tarix
2024.04.05 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla