Yuxarı

"Yasamal"da maşın 30 metr dərinlikdə dərəyə aşdı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yasamal"da maşın 30 metr dərinlikdə dərəyə aşdı - Video

20:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Şəmkir-Gədəbəy yolu, Yasamal aşırımı adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “NİSSAN” markalı minik avtomobili idarəetməni itirərək dərinliyi 30 metr olan dərəyə aşıb.

Xilasedicilər qəzanın təsirindən dərəyə aşan avtomobildən kənara düşmüş 1995-ci il təvəllüdlü Həsənov Məhəmməd Binnət oğlunu dərədən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2024.05.04 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla