Yuxarı

Dönərdən 40 nəfər zəhərləndi: AQTA hərəkətə keçdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.05.07. 20:55

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının iki tələbəsi də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

***

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 5-i uşaq olmaqla 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - məlumatda qeyd olunub.

***

Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Agentlikdən bildirilib.

***

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

Axşam saatlarından başlayaraq, toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

Tarix
2024.05.08 / 00:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisinin helikopterini kim qəzaya uğratdı? – İnanılmaz

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla