Yuxarı

Lerikdə faciə: Övladını xilas etmək istəyən ana...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub.

Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Şinəbənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov odun peçini qızdırarkən benzindən istifadə edib. Bu zaman sobadan yayılan alov iki yaşlı uşağın paltarını yandırıb. Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova övladını xilas etmək istəyərkən özü də yanıq xəsarətləri alıb.

İki yaşlı uşaq və anası Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, atası isə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Uşağın bədən səthinin 90%-i yandığından vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Tarix
2024.10.18 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Putin açıqladı: Yalnız İstanbul razılaşması əsasında...

İstanbul görüşü ilə bağlı birgə bəyanat qəbul edildi

Kiyevdən Bakıya qarşı çağırış: Əgər o gəlsə…

Putin Bakıya gəlməyəcək? - BBC

Sülh danışıqları: Bakı və İrəvan razılaşdı - Foto

Fransadan buna son qoymağı bir daha tələb edirik - XİN

Bayramov Fidanla nələri müzakirə etdi? - Foto

İlham Əliyev onları təltif etdi

Bakı və İrəvana sülh sazişi üzərində işlə bağlı təklif...

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla