Yuxarı

Tovuzda hərbçilər ağır qəzaya düşdü: 6 nəfər öldü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda hərbçilər ağır qəzaya düşdü: 6 nəfər öldü - Foto

21:03

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mersedes" və VAZ markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.

Ölənlərin arasında hərbçilər də var.

Hadisə yerinə Tovuz RPŞ-nin əməkdaşları cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mersedes” markalı minik avtomobili ilə VAZ 2106 markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mersedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2024.11.27 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla