Yuxarı

Bu akademiyada 100-ə yaxın işçi ixtisar edilib? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu akademiyada 100-ə yaxın işçi ixtisar edilib? - Rəsmi

00:14

Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparıldığı barədə məlumatlara aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, Azərbaycan İdman Akademiyası Mətbuat Xidməti 100 nəfərin ixtisar edilməsi ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

"Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib.

Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraq qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.

Bir neçə mərhələdən ibarət olan islahatlara, eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla, fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir. Lakin bu proses hazırda davam edir və başa çatmamış prosesin nəticəsi barədə yalan məlumatın yayılması aparılan islahatlara kölgə salmaq və təsir göstərmək niyyətinə xidmət edir.

İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçinin vəzifəsindən azad edildiyi, işdən çıxarılanlar arasında vəzifəli şəxslərin də olduğu, ixtisarların davam edəcəyi haqda məlumat yayılıb.

Tarix
2025.01.09 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla