Yuxarı

AMAY Abdullanın başı yenə dərddə: məhkəməyə verildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMAY Abdullanın başı yenə dərddə: məhkəməyə verildi

"AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" şirkəti məhkəməyə verilib.

Axar.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iddiaçı Vüqar Yusif oğlu Abbasovdur. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Vüqar Abbasovun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 11-ə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Nərmin Əhmədova sədrlik edəcək.

Bir müddət əvvəl "A.M.A.Y. Holding" şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən vergi borcuna görə məhkəməyə verilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkətin 20 842.09 manat vergi borcu yaranıb.

"A.M.A.Y. Holding" 2005-ci ildə qeydiyyata alınsa da, 1990-cı illərin əvvəllərindən faəliyyət göstərir.

Abdulla Abdullayevin Azərbaycanda tanınması məhz bu şirkətin fəaliyyəti ilə bağlı olub.

O, 2015-ci ilə kimi ölkənin ən uğurlu iş adamlarından biri kimi tanınıb. Həmin il isə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-sitifadə ittihamı ilə həbs edilib. Məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən Abdulla Abdullayev 2016-cı ildə azadlığa çıxıb.

Tarix
2025.01.13 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla