Yuxarı

Zaqatalada qazini ayı parçalayıb öldürüb? - Təfərrüat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada qazini ayı parçalayıb öldürüb? - Təfərrüat

00:41

Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə dünən qeydə alınıb.

Zaqatala rayonunun Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.

İlkin ehtimala görə, onu ayı parçalayıb.

Qeyd edək ki, H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

***

Zaqatalada Vətən müharibəsi qazisinin yüksək dağlıq ərazidə ölməsinin təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, hadisə Zaqatala rayonu Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə, Əlibəy yüksəkliyi adlanan yerdə Hava Məlumatı Ötürücü Stansiyasının yaxınlığında baş verib.

Belə ki, mərhum 32 yaşlı Hüseyn Məmmədov 38 yaşlı dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə Murad Nurçiyevin işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman H.Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H.Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, iki övlad atası olan H.Məmmədov Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Tarix
2025.01.25 / 09:05
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla