Yuxarı

Bakıda botoks etdirən qız botulizm oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda botoks etdirən qız botulizm oldu

Bakıda bəzi estetik həkim və kosmetoloqların həyata keçirdikləri əməliyyat və prosedurlar nəticəsində pasiyentlərin sağlamlığında ciddi problemlər yaranması halları hələ də davam edir.

Axar.az Medicina.az-a istinadla xəbər verir ki, ixtisasca həkim olmayan daha bir kosmetoloqun qurbanı olan qız hətta koma vəziyyətinə düşüb.

Şikayətçi Ləman Məhərrəmova bacısının botoks prosedurundan sonra vəziyyətinin pisləşdiyini və reanimasiyaya yerləşdirildiyini bildirib.

"Bacım N. sosial şəbəkədə aktiv olan, profilində BDU-nu bitirdiyini qeyd edən Fidan Sadıqova adlı kosmetoloqa inanaraq, onun yanına gedib. Alnına əzələni dondurub qırışları açan botoks proseduru etdirib. Elə həmin gün bacımın halı dəyişdi. Üç gün sonra lap pisləşdi, biz ona müəyyən müalicələr edirdik. Bir həftə sonra gördük ki, özünü idarə edə bilmir, ürəyi çırpınır, qusur, gözləri bulanırdı. Göz qapağının biri aşağı endi. Tez kosmetoloqa yazdıq, heç özü cavab vermədi, köməkçisi dedi ki, buzlu kompres qoyun, keçəcək. Yenidən əlaqə saxladıq, tələb etdik ki, nə baş verdiyini desin, bizə dedilər, guya xaricdədir. Ya da əlamətlərdən heç bilmədi ki, nə baş verir. Tez həkimə apardıq, məlum oldu ki, bacımda botulizmdir. Saxta, keyfiyyətsiz preparatdan yüksək dozada vurub. Botulizm insanı öldürən diaqnozdur. İki sutka geciksəydik, iflic olacaqdı".

Şikayətçi bacısının üç gün reanimasiyada qaldığını bildirib:

"Botulizm əleyhinə zərdab vuruldu. Xəstəxana rəyində də botoksdan botulizm olduğu diaqnozu var".

Şikayətçi bildirir ki, kosmetoloq əvvəl başqa mərkəzdə işləyirmiş, orada da pasiyentlərdən birinin başına belə oyun gətirdiyi üçün işdən çıxarılıb:

"İş yerini, şəxsi telefon nömrəsini gizlədir, onu tapmaq olmur. Bir dəfə xəstə ilə maraqlanmadı. Bacım hələ də müalicədədir. Bu qədər özbaşınalıq ola bilməz. Biz qanun çərçivəsində maddi-mənəvi zərərə görə təzminat tələb edəcəyik".

Qeyd edək ki, botoks proseduru zamanı əzələlər botulotoksin adlı zəhərli toksinlə dondurulur, iflic olur. Əgər o, yüksək dozada olarsa, toksin qana keçib, ağırlaşma verə, xəstə iflic ola bilər.

Tarix
2025.02.28 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

İlham Əliyev Kiçik Qaladərəsindən video paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla