Yuxarı

İranda tapılan balıqçının meyiti sabah təhvil veriləcək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda tapılan balıqçının meyiti sabah təhvil veriləcək

İtkin düşən və İranda meyiti tapılan balıqçı, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyitinin ölkəyə gətirilməsi üçün mərhumun qardaşı artıq qonşu ölkədədir.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunduğu bildirilib.

Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.

Artıq aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb. Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb:

"Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır".

Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.

Tarix
2025.03.25 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla