Yuxarı

Bakının mərkəzində təhlükə: Komitə hərəkətə keçdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzində təhlükə: Komitə hərəkətə keçdi

Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanında yerləşən “Kəpəz” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında aparılan işlərlə bağlı aprelin 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib, nəticədə, razılaşdırılmamış tikinti işlərinin aparıldığı müəyyən edilib.

Bu barədə Axar.az Komitəyə istinadən xəbər verir.

“Aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və akt tərtib edilib. Eyni zamanda, şəhərsalma nəzarəti çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib”, - məlumatda bildirilir.

Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baxışı vətəndaşların şikayəti əsasında aparılıb.

Şikayətçilərin sözlərinə görə, binanın damında əlavə mərtəbə tikmək məqsədilə söküntü işləri aparılır.

“Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binaya əlavə mərtəbə artırmaq tamamilə qanunsuzdur. Çünki binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış sahəsi yaratmaq məqsədilə binanın damını tamamilə sökür. Gələcəkdə bu mənzilləri alan vətəndaşlar ciddi risklə üzləşəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, tədbir görülmür”, - deyə şikayətçilər bildiriblər.

Tarix
2025.04.01 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla