Yuxarı

Şəhid gizirimizin medalı ailəsinə təqdim olundu - Foto

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid gizirimizin medalı ailəsinə təqdim olundu - Foto

Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Aqil Qismət oğlu Məlikovun müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində keçirilən mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş A. Məlikovun həmişə xatirələrdə yaşayacağını, onun qısa və mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.

Sonra şəhidin layiq görüldüyü medal onun atası Qismət Məlikova təqdim olunub.

Qeyd edək ki, noyabrın 15-də müddətdən artıq xidmət keçən Silahlı Qüvvələrimizin giziri, 26 yaşlı Aqil Qismət oğlu Məlikov cəbhənin Füzuli bölgəsində şəhid olub.

Tarix
2016.11.18 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Seçki nəticəsi dəyişdi - Paşinyan sevindi

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Ceyhun Bayramov İstanbula getdi

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla