Yuxarı

Gürcüstan ordusu hərbi təyyarəsiz qala bilər

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan ordusu hərbi təyyarəsiz qala bilər

Bir sıra pilotlar və hərbi texnikalar Gürcüstan Hərbi Hava Qüvvələrini tərk edirlər.

Axar.az “Qruziya Onlayn” saytına istinadən xəbər verir ki, bu pilotlar Gürcüstan Müdafiə Nazirliyinin hazırladığı ixtisar siyahısı nəticəsində ordudan uzaqlaşdırılıblar. Üstəlik, aviasiya bazası KİV üçün qapadılıb. Orduda olan təyyarə və vertolyotların da taleyinin necə olacağı bilinmir. Baş Qərargah Su-25 təyyarələri, İrokez və Mi-24 vertolyotlarının taleyini strateji icmal sənədini əldə etdikdən sonra müəyyən edəcək.

Qeyd edək ki, hərbi təyyarələrin satılması haqqında informasiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində islahat keçirmək istəməsi haqqında açıqlamalarından sonra yayılıb. Parlament də həmçinin hərbi aviasiya ilə bağlı prosesləri izləyir. Vahid Milli Hərəkat Partiyası ordunu aviasiyasız qoymağın əleyhdarı olduğunu artıq bəyan edib.

Hazırda Gürcüstan ordusunda 10-dan çox Su-25 təyyarəsi var. Əgər Müdafiə Nazirliyi hərbi təyyarələrdən onların saxlamağın bahalı olmağı ucbatından imtina etsə, ordu hərbi aviasiyadan tam məhrum olacaq.

Tarix
2017.01.19 / 08:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla