Axar.az
Yuxarı

"Erməni generallarını, polkovnikləri məhv etdik"

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda müharibənin ilk günündən döyüşmüşəm. Aprel döyüşləri zamanı Horadizdə olmuşam. Həmin vaxt bizim gənclərimiz də, veteranlarımız da böyük ruh yüksəkliyi ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini gözləyirdi. Hər həs deyirdi ki, bizi silahla təmin edin, hücum edib torpaqlarımızı erməni işğalından azad edək. O zaman Cocuq Mərcanlı Cəbrayılın yeganə kəndi idi ki, onun ətrafında ermənilər səngər qurmuşdular. Ermənilər Horadizdəki dinc əhaliyə sakit yaşamağa imkan vermirdilər. Aprel döyüşləri zamanı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən ermənilərin təxribatını qarşısını aldı.

Axar.az xəbər veirr ki, bu sözləri AzərTac-a müsahibəsində veteran Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev deyib.

A. Haqverdiyev bildirib ki, ordumuz aprel döyüşlərində əsl qəhrəmanlıq göstərib və iki min hektaradək ərazini, o cümlədən Lələtəpəni işğalçılardan azad edib. Minlərlə kilometrlərlə ərazi ordumuzun nəzarəti altına keçib. Füzuli, Cəbrayıl istiqamətində yerləşən kəndlərin sakinlərinin normal yaşamasına şərait yaranıb. Eyni zamanda, müasir silahlarla təmin edilmiş ordumuz döyüşlərdə qələbə qazanıb. Aprel döyüşlərinədək erməni ordusu ilə bağlı yaradılmış mif Silahlı Qüvvələrimiz tərəfindən dağıdılıb və onların ordusunun generalları, polkovnikləri, əsgərləri məhv edilib. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərib, xalqımızda ordumuza olan inamı daha da artırıb.

O qeyd edib ki, apreldə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altına keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

“Aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamı məhz bu hərbi əməliyyatın nəticəsidir. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün dörd milyon manat vəsait ayrılıb. Biz veteranlar bu qərarı və Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Hesab edirik ki, bu, işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük yolun başlanğıcıdır. Biz də veteranlar olaraq Ali Baş Komandanın rəhbərliyi ilə döyüşə getməyə və digər torpaqlarımızı işğaldan azad etməyə hər zaman hazırıq”, - deyə polkovnik vurğulayıb.

Tarix
2017.02.02 / 01:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Bakının bu rolunu Türkiyə də etiraf etdi"

ANAMA-dan Cocuq Mərcanlı ilə bağlı yeni məlumat

ABŞ və Rusiyanın Baş Qərargah rəisləri Bakıya gəlir - Video

Hərbi ekspert: "Ermənistan əsgəri ölmək istəmirsə..."

Cocuq Mərcanlıda nə qədər ərazi təmizlənib? - Foto

Müdafiə Nazirliyi torpaq sahəsi alacaq

Ermənilər cəbhə xəttini atəşə tutdu

Hərbi ekspert: "Ermənistanın cəbhədəki itkiləri..."

Hərbi ekspert: "Düşmən ağır itkilər verir"

Ordumuz erməni diversiya qrupunu belə məhv etdi - Video

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla