Yuxarı

Cocuq Mərcanlıda nə qədər ərazi təmizlənib? - Foto

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cocuq Mərcanlıda nə qədər ərazi təmizlənib? - Foto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən ilkin mərhələdə texniki tədqiqat işləri aparılaraq, təhlükəsizlik məqsədilə 4578 kvadratmetr perimetr xətti, kəndin içərisinə daxil olmaq üçün giriş yolları, yaşayış evləri və onların ətrafı, kommunikasiya xətlərinin keçəcəyi ərazilərdə təmizləmə əməliyyatları aparılıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, hazırda agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində 280 hektar ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi əməliyyatına başlanılıb. Əməliyyatlara 90 nəfərlik işçi heyəti, 10 minaaxtaran it və 3 mexaniki minatəmizləmə maşını cəlb olunub.

Təmizləmə əməliyyatları başlanan tarixdən indiyədək 62 min 66 kvadratmetr ərazi (27 min 866 kvadratmetr əl ilə və 34,2 min kvadratmetr mexaniki üsulla), 11 ev təmizlənib və 5 partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832” və 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”) tapılaraq zərərsizləşdirilib. Eyni zamanda, kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında, gələcəkdə yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrində çoxlu sayda minanın mövcud olduğu aşkarlanıb.

Tarix
2017.02.14 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla